"Mənim üçün bu komandada oynaya bilmək fantastikdir. Xoşbəxtəm, amma bu nəticəyə görə yox".

"Benfika" UEFA Çempionlar Liqası Liqa mərhələsinin I turunda doğmameydanda "Qarabağ"a 2:3 hesabı ilə uduzub.

Matc.az xəbər verir ki, Lissabon təmsilçisinin futbolçusu Georgi Sudakov oyundan sonra "Sport TV"yə açıqlama verib. Ukraynalı yarımmüdafiəçi ikinci hissədə zəif oynadıqlarını bildirib:

"Çətin idi. Böyüməli və başımızı qaldırmalıyıq. İlk növbədə təhlil etməli, bu oyun üçün məsuliyyət daşımalı, növbəti görüşlərə baxmalı və çox çalışmalıyıq. İlk hissədə 2:0 hesabı ilə qalib gəlirdik, oyuna nəzarət edirdik. Lakin cərimə zərbəsindən buraxdığımız qoldan sonra oyun dəyişdi. "Qarabağ" çox şey etmədi, amma hər hücumu komandamız üçün təhlükəli oldu və ikinci hissəni zəif keçirdik. Buna rəğmən, irəli getməli və növbəti oyunda daha yaxşı çıxış etməliyik. Mənim üçün bu komandada oynaya bilmək fantastikdir. Xoşbəxtəm, amma bu nəticəyə görə yox".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest