17 Sentyabr 2025, 11:14
FUTBOL
Bruno Laje ilə yollarını ayıran "Benfika"nın yeni baş məşqçisi müəyyənləşmək üzrədir.
Matc.az xəbər verir ki, Lissabon təmsilçisi Joze Mourinyo ilə anlaşmağa yaxındır. Bu barədə CNN televiziyası məlumat yayıb.
Klub prezidenti Ruy Koşta 62 yaşlı mütəxəssəslə danışıqlara başlayıb. Hazırda tərəflər müqavilənin şərtlərini müzakirə edir.
Qeyd edək ki, "Benfika" UEFA Çempionlar Liqası Liqa mərhələsinin I turunun "Qarabağ"la matçından (2:3) sonra Bruno Laje ilə yollarını ayırıb. Joze Mourinyonun son iş yeri isə "Fənərbaxça" olub.