16 Sentyabr 2025, 22:04
FUTBOL
"Mançester Yunayted"in portuqaliyalı baş məşqçisi Ruben Amorim oktyabrda milli oyunları ilə bağlı yaranacaq fasilədən əvvəl istefaya göndərilə bilər.
Matc.az xəbər verir ki, bu barədə "The Mirror" məlumat yayıb.
Klub rəhbərliyi komandanın hazırkı nəticələrindən narazıdır və vəziyyəti düzəltmək üçün Amorimə 3 oyunluq möhlət verib.
Qeyd edək ki, Amorim "Mançester Yunayted"ə baş məşqçi təyin olunandan bəri komanda Premyer Liqada ötən mövsüm, aşağı liqaya düşən və bu mövsüm Çempionşipdən yüksələnləri saymasaq, ən az xal toplayıb.
Premyer Liqanın qarşıdakı 3 turunda "Mançester Yunayted" "Çelsi", "Brentford" və "Sanderlend"lə qarşılaşacaq.