"Barselona"nın hücumçusu Lamine Yamal Çempionlar Liqasının qalibi olmaq uğrunda mübarizədə hansı komandaların, onların əsas rəqibləri olacağını sualını cavablandırıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Mundo Deportivo" paylaşıb.

O, "Mançester Siti", "Liverpul", "Bavariya", "Real" və PSJ-nin hər zaman əsas iddiaçılar sırasında olduğunu qeyd edib.

Xatırladaq ki, Çempionlar Liqasının ötən mövsümündə Kataloniya klubu yarımfinal mərhələsinə qədər yüksələ bilib.

Turnirin hazırkı qalibi PSJ komandasıdır. Fransa təmsilçisi finalda "İnter" klubu ilə qarşılaşıb və 5:0 hesabı ilə əzmkar qələbə qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest