13 Sentyabr 2025, 11:05
FUTBOL
"Mançester Siti" müdafiəçi Riko Lyuislə müqaviləni uzadıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.
Bildirilir ki, yeni müqavilə 2030-cu ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, ötən mövsüm Lyuis bütün turnirlərdə 44 matçda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.