13 Sentyabr 2025, 00:15
FUTBOL
U-16 növbəti dəfə Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama görüşünə çıxıb.
Matc.az xəbər verir ki, U-16 növbəti dəfə Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Bakı Olimpiya Stadionunda təşkil olunan görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu komandalar arasında sentyabrın 10-da keçirilən ilk yoxlama oyununda millimiz 1:0 hesablı qələbə qazanıb.