11 Sentyabr 2025, 10:56
FUTBOL
"Fənərbaxça" Türkiyə Super Liqasının 5-ci turunun "Trabzonspor"la oyununa ciddi itki ilə çıxacaq.
Matc.az xəbər verir ki, Con Duranın zədəsi davam edir.
Çempionlar Liqası pley-off mərhələsinin "Benfika" ilə matçında zədələnən kolumbiiyalı hücumçu hələ sağalmayıb. 21 yaşlı forvard 2-3 həftə sonra yaşıl meydanlara qayıda biləcək.
Qeyd edək ki, "Fənərbaxça" - "Trabzonspor" qarşılaşma 14 sentyabr tarixində baş tutacaq.