"Real"ın və Fransa millisinin hücumçusu Kilian Mbappe maraqlı açıqlama verib.

Matc.az xəbər verir ki, 26 yaşlı forvard övladlarının futboldan uzaq qalmasını istədiyini bildirib:

"Futbol dünyası dəyişməyəcək. Mən bu dünyanın necə olduğunu qəbul etmişəm. Amma həyat futbol deyil. Həyat həqiqətən də möhtəşəmdi. Ümidvaram ki, övladlarım futbola nifrət edər. Əlbəttə top onlardan uzaq olmayacaq. Amma mən uşaqlarıma bu dünyanın içinə girməklərini heç vaxt tövsiyyə etmərəm".

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm "Real"ın heyətində keçirdiyi 3 La Liqa matçında 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest