DÇ-2026-nın seçmə mərhələsində keçirilən Azərbaycan – Ukrayna oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Sergey Rebrov jurnalistlərin suallarını cavablandırdı.

Matc.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları söylədi…

– Bu gün qələbə qazana bilməməyinizin səbəbi nə idi?

– Heç bir oyunu asan qiymətləndirmirik. Son 10 dəqiqədə rəqib cərimə meydançasında təzyiqi artırdıq. Buna qədər problemlər yaşadıq.

– Azərbaycan yığması sizi nə ilə təəccübləndirdi?

– Komanda olaraq problemlərimiz oldu. Azərbaycan yığması əks-hücumda yaxşı işlədi. Belə meydançada oynamaq çox çətin idi.

– Problemlərə səbəb nədir?

– Ukrayna azarkeşlərindən üzr istəyirəm. Çoxlu zədəlilərimiz var. Dünən də itkilərimiz oldu. Ukrayna müharibə vəziyyətindədir və bir-birimizə dəstək olmalıyıq. Neqativ fikirlər səsləndirmək lazım deyil.

– Sizdən gözləntilər çox idi… Ukrayna millisi bu gün xal itirdi. Ukrayna klubları da Çempionlar Liqasında yoxdur, amma Azərbaycanın “Qarabağ” klubu turnirdə iştirak edir…

– Azərbaycan millisinin oyunçularının çoxu Çempionlar Liqasında oynayır. Problemimiz hücumda pis oynamağımız idi.

– Stadionda Ukrayna bayraqları var idi. Bu, sizə necə təsir etdi?

– Hər kəsə minnətdaram. (Futbolpress.az)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest