DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin oyunları davam edir.
Matc.az xəbər verir ki, bu gün 4 qrupda 8 qarşılaşma baş tutub.
Portuqaliya səfərdə Ermənistanı, Bosniya və Hersoqovina isə San Marinonun darmadağın edib. Macarıstan İrlandiya ilə heç-heçə edib. İngiltərə isə evdə Andorraya qalib gəlib.
Qeyd edək ki, mundial ABŞ, Kanada və Meksikada baş tutacaq. Final mərhələsinə ilk dəfə olaraq 48 komanda qatılacaq.
DÇ-2026
Seçmə mərhələ
6 sentyabr
F qrupu
Ermənistan – Portuqaliya - 0:5
Qollar: Feliks, 10, 62, Ronaldo, 21, 46, Kanselo, 33,
İrlandiya – Macarıstan - 2:2
Qollar: Ferquson, 49, İdah, 90+3 // Varqa, 3, Sallai, 16
Qırmızı vərəqə: Sallai, 53
H qrupu
Avstriya – Kipr - 1:0
Qol: Sabitzer, 54
San Marino – Bosniya və Hersoqovina - 0:6
Qollar: Tahiroviç, 22, Ceko, 70, 72, Bazdar, 81, Aleybeqoviç, 85, Muyakoviç, 90
Qırmızı vərəqə: Qolinuççi, 16
K qrupu
Latviya – Serbiya - 0:1
Qol: Vlahoviç, 12
İngiltərə – Andorra - 2:0
Qollar: Qarsia, 25, Rays, 67