21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avro-2027-nin seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.

Matc.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv səfərdə Portuqaliya seçməsinin qonağı olub.

Barseluş şəhərində keçirilən çətin səfər matçında U-21 ilk hissədə qapısını toxunulmaz saxlayıb. Lakin fasilədən sonra rəqib 5 cavabsız qolla qələbə qazanıb. 

Qeyd edək ki, U-21 növbəti matçını sentyabrın 9-da Bakıda Bolqarıstan yığmasına qarşı keçirəcək. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest