03 Sentyabr 2025, 20:25
FUTBOL
Portuqaliya prezidenti Marselo Rebelo de Sousa ölümündən sonra futbolçular Dioqo Jota və Xorxe Kostanı "Əməklərinə görə" ordeni ilə təltif edib.
Matc.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının (FPF) saytında məlumat verilib.
Mükafatlar Jota və Kostanın qohumlarına təqdim edilib. Portuqaliya millisinin bazasında da futbolçuların xatirəsinə anım mərasimi keçirilib.
Xatırladaq ki, bu il iyulun 3-də Cota İspaniyanın Zamora əyalətində avtomobil qəzasında həlak olub. Qəzada Jota ilə birlikdə qardaşı Andre Silva da həlak olub.
Xorxe Kosta avqustun isə 5-də 52 yaşında vəfat edib. O, 1990-2005-ci illərdə "Porto"da çıxış edib, 324 oyun keçirib. Kosta Portuqaliya millisində 50 oyun keçirib.