"Trabzonspor" heyətinə yeni hücumçu cəlb edib.

Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi "Serkl Brügge"dən Felipe Auqustonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Trabzonspor" braziliyalı forvard üçün Belçika klubuna 5 milyon avro təzminat ödəyib. 21 yaşlı forvardla 4+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Felipe Auqusto ötən mövsüm "Serkl Brügge"nin heyətində keçirdiyi 48 oyunda 7 qol vurub, 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest