20 İyun 2025, 16:52
FUTBOL
"Bornmut"un müdafiəçisi İlya Zabarnıy karyerasını Fransada davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.
PSJ ukraynalı müdafiəçinin transferi üçün İngiltərə klubu ilə razılıq əldə edib. Parislilər 22 yaşlı mərkəz müdafiəçisi üçün 60 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, İlya Zabarnıy ötən mövsüm "Bornmut"un heyətində keçirdiyi 39 oyunda 1 qol ötürməsi edib.