21 May 2025, 15:29
FUTBOL
"Beşiktaş" yeni mövsüm üçün ilk transferini yekunlaşdırmaq üzrədir.
Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "qara qartallar" "İstanbulspor"da çıxış edən Qaossu Diarranı heyətinə qatmağa yaxındır.
"Beşktaş" artıq həm malili vingerin özü ilə, həm də klubu ilə razılıq əldə edib. Transferin qarşıdakı günlərdə rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, Qaossu Diarra mövsümün əvvəlində "İstanbulspor"da çıxış edir. 22 yaşlı futbolçu I Liqa təmsilçisinin heyətində keçirdiyi 37 oyunda 16 qol vurub, 2 qol ötürməsi edib.