Macarıstan milli komandası yoldaşlıq oyunu çərçivəsində Azərbaycan yığması ilə qarşılaşacaq.

Matc.az xəbər verir ki, macarların baş məşqçisi Marko Rossi yerli federasiyanın mətbuat xidmətinə açıqlama verib. İtalyan mütəxəssis Azərbaycan millisinin evdə yaxşı oynadığını bildirib:

"Hər iki rəqibin üslubu fərqlidir. İsveç millisi yüksək liqalardan çoxlu oyunçuların yer aldığı çox güclü komandadır. Azərbaycan İsveç qədər güclü olmasa da, fərqli tip komandadır. Bununla belə, evdə yaxşı oynayırlar. Təbii ki, ikinci komandaya qarşı əmsallar xeyrimizə olmasa da, İsveçlə matçda olduğu kimi, məqsədimiz qələbə qazanmaqdır".

Qeyd edək ki, Azərbaycan - Macarıstan oyunu 10 iyun tarixində Bakıdakı "Liv Bona Dea Arena" stadionunda keçiriləcək və görüşə saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest