21 May 2025, 14:57
FUTBOL
“Liv Bona Dea Arena”da baş tutacaq görüşü Belarusdan olan baş hakim idarə edəcək
Azərbaycan milli komandasının iyunun 10-da Macarıstan yığması ilə keçirəcəyi yoldaşlıq oyununun hakim təyinatları müəyyənləşib.
Matc.az xəbər verir ki, “Liv Bona Dea Arena”da baş tutacaq görüşü Belarusdan olan baş hakim idarə edəcək.
10 iyun
Azərbaycan - Macarıstan
Liv Bona Dea Arena. Saat 20:00
Baş hakim: Viktor Şimusik (Belarus)
Baş hakimin köməkçiləri: Sergey Kasavets, Anton Qusev (hər ikisi Belarus)
Dördüncü hakim: Cavid Cəlilov (Azərbaycan)