21 May 2025, 12:33
FUTBOL
"Sumqayıt"ın yarımmüdafiəçisi Ronaldo Vaskez Dominikan Respublikası milli komandasının iyun ayında keçirəcəyi oyunlarda iştirak etmək üçün yığmaya dəvət alıb.
Matc.az xəbər verir ki, Dominikan Respublikası Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində 7 və 11 iyun tarixlərində müvafiq olaraq Qvatamela və Dominika ilə qarşılaşacaq.
Marselo Nevelefin yetirmələri daha sonra isə Şimali və Mərkəzi Amerika ölkələrinin iştirakı ilə keçirilən "CONCACAF Gold Cup" turnirində iştirak edəcək. "A" qrupunda yer alan Dominikan Respublikası iyunun 15-də Meksika, 19-da Kosta Rika, 23-də isə Surinamla qarşılaşacaq.