Dortmund "Borussiya"sı "Sanderlend"in yarımmüdafiəçisi Cob Bellinqemi transferində israrlıdır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Patrik Berger sosial şəbəkə hesabında paylaşıb.
Bildirilir ki, Dortmund klubu ingilisin ABŞ-da keçiriləcək klublararası dünya çempionatında iştirak edə bilməsi üçün müqaviləni mümkün qədər tez bağlamaq istəyir. Müqavilənin 25-30 milyon avro dəyərində olduğu bildirilir.
Futbolçu ilə hələlik razılıq əldə olunmayıb. Buna əngəl Bellinqemin klubunun İngiltərə Premyer Liqasına yüksəlmək üçün Çempionşipin pley-off mərhələsində "Şeffild Yunayted"lə qarşılaşmasıdır. "Şeffild Yunayted" və "Sanderlend" arasında pley-off finalı isə mayın 24-ü baş tutacaq.
Qeyd edək ki, klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək keçiriləcək. "Borussiya" turnirə F qrupunda start verəcək. Buradakı rəqibləri CAR-ın "Mamelodi Sundauns", Yaponiyanın "Ulsan Hyundai" və Braziliyanın "Fluminense" klubları olacaq.