"Komo"nun qapıçısı Pepe Reyna futboldan ayrılacağını açıqlayıb.
Matc.az xəbər verir ki, İspaniya millisinin sabiq qapıçısı, 2010-cu ilin dünya çempionu və ikiqat Avropa çempionu (2008, 2012) cari mövsümün sonunda karyerasını başa vuracaq.
"Çox gözəl bir karyera, çox zəngin bir həyat sona çatır. Yaşadıqlarıma görə çox şanslıyam. Bunu gözləmirdim, amma düşünürəm ki, vaxt gəldi", - deyə Reyna açıqlama verib.
Qeyd edək ki, Pepe Reyna "Barselona"nın yetirməsidir. O, Kataloniya klubundan başqa "Vilyarreal", "Liverpul", "Napoli", "Bavariya", "Milan", "Aston Villa" və "Latsio" da forma geyinib. 2024-cü ilin yayında isə "Komo" ilə müqavilə imzalayıb.
Bu mövsüm 42 yaşlı qolkiper A Seriyasında və İtaliya Kubokunda 12 oyun keçirib, 14 qol buraxıb və 2 oyunda qapısını toxunulmaz saxlayıb.