20 May 2025, 21:50
FUTBOL
"Bayer"in mərkəz müdafiəçisi Conatan Ta yay "transfer pəncərəsi"ndə "Bavariya"ya keçməyə razılaşıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Santi Auna sosial şəbəkə hesabında paylaşıb.
Bildirilir ki, Almaniya millisinin futbolçusu Bundesliqanın hazırkı çempionu ilə 4 illik müqavilə imzalayacaq. Münhen klubunda 29 yaşlı futbolçunun maaşı mövsüm başına 14 milyon avro olacaq.
Xatırladaq ki, Tanın Leverkuzen klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-da başa çatır və uzadılmayacaq.