20 May 2025, 19:21
FUTBOL
Azərbaycan 2-ci liqasında "Ayın qolu" layihəsinin qalibi – "Füzuli" futbol klubunun üzvü Elgün Abbaslı mükafatlandırılıb.
Matc.az xəbər verir ki, aprel ayının ən yaxşı qolunun müəllifinə mükafat 26-cı turun "Lerik"lə oyunundan əvvəl təqdim olunub.
Ona mükafatı Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev təqdim edib.