"Çelsi" "Real"ın hücumçusu Rodriqo Qoeslə bağlı vəziyyəti diqqətlə izləyir və yay "transfer pəncərəsi" açılan kimi onunla müqavilə bağlamaq imkanını nəzərdən keçirir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Goal" paylaşıb.
Bildirilir ki, London klubu hələlik madridlilərlə rəsmi danışıqlara başlamasa da, 24 yaşlı futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb.
Qeyd edək ki, daha əvvəl mətbuatda Rodriqonun "Real"dakı rolundan narazı olduğu və "Kral klubu"ndan getməyi düşündüyü barədə məlumatlar yayılmışdı.
Bu mövsüm Rodriqo bütün turnirlərdə 50 oyun keçirib, 13 qol vurub və 10 məhsuldar ötürmə edib. 24 yaşlı hücumçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 100 milyon avrodur.