"Mançester Siti" "Bayer"in yarımmüdafiəçisi Florian Virtsin transferindən imtina etdikdən sonra "Nottinqem Forest"in yarımmüdafiəçisi Morqan Gibbs-Uayta olan marağı artırmaq niyyətindədir

Matc.az xəbər verir ki, bu barədə "talkSPORT" məlumat yayıb.

Bildirilir ki, ingilislər Leverkuzen klubunun Virts üçün təyin etdiyi 126 milyon funt sterlinq (150 milyon avro) qiymətə görə onu almaq fikrindən imtina edib.

"Mançester Siti" Gibbs-Uaytı mövsümün sonunda komandadan ayrılacaq Kevin De Bruynenin əvəzləyicisi kimi görür.

Qeyd edək ki, Morqan Gibbs-Uayt bu mövsüm bütün turnirlərdə 37 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə verib. Gibbs-Uaytın klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 50 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest