20 May 2025, 17:24
FUTBOL
"İnter"in baş məşqçisi Simone İnzaqi "Əl-Hilal"ın maraq dairəsinə düşüb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Canluka Di Marsio paylaşıb.
Bildirilir ki, Səudiyyə Ərəbistanı klubunun prezidenti 49 yaşlı mütəxəssislə əməkdaşlıq imkanlarını müzakirə etmək üçün Milana səfər edib. Lakin İnzaqi indiki klubunda xoşbəxt olduğunu və komanda ilə işləməyə davam etmək niyyətində olduğunu bildirərək təklifi rədd edib.
Qeyd edək ki, A Seriyasının 37-ci turundan sonra Milan klubu "Napoli"dən 1 xal geri qalaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.