20 May 2025, 15:14
FUTBOL
Mayın 23-də, saat 16:00-da AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək
Mayın 23-də, saat 16:00-da AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Mətbuat konfransında millimizin yoldaşlıq görüşü çərçivəsində iyunun 7-də Riqada yerləşən “Skonto” stadionunda Latviya və iyunun 10-da “Liv Bona Dea Arena”da Macarıstan yığması ilə oyunlar üçün heyəti açıqlanacaq.