"Napoli" növbəti mövsüm üçün hücum xəttini hücləndirməyin planlarını qurur.

Matc.az "Calciomercato"ya istinadən xəbər verir ki, A Seriyasının liderinin gündəmində iki futbolçu var.

Bunlardan biri "Lill"lə müqaviləsi başa çatan və azad agent statusunda olan Conatan Devidddir. "Napoli" kanadalı forvardla danışıqlar aparır.

Devidlə anlaşma əldə olunmasa, İtalya klubu "Liverpul"da çıxış edən Darvin Nunesi transfer etməyə çalışacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest