20 May 2025, 13:31
FUTBOL
Türkiyə millisinin və "Qalatasaray"ın sabiq futbolçusu Ergün Penbe məşqçi kimi çalışacaq.
Matc.az xəbər verir ki, 53 yaşlı mütəxəssis "Uşakspor"u çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
III Liqa təmsilçisi baş məşqçi ilə növbəti mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayb.
Qeyd edək ki, Ergün Penbenin son iş yeri "Mersin İdman Yurdu" olub. O, yanvar ayında klubdan ayrılıb.