20 May 2025, 12:50
FUTBOL
"Bornmut"dan Din Hyöyseni heyətinə qata bilməyən "Çelsi"nin müdafiə xətti üçün transfer hədəfi müəyyənləşib.
Matc.az "Team Talk"a istinadən xəbər verir ki, London klubu "Ayaks"da çıxış edən Correl Hatonu ransfer etmək istəyir.
Niderland klubu oyunçusunu satmağın əleyhinə deyil. Onlar 19 yaşlı müdafiəçi üçün 50 milyon avro tələb edirlər.
Qeyd edək ki, Niderland millisinin üzvü olan Hato bu mövsüm "Ayaks"ın heyətində keçirdiyi 50 oyunda 3 qol vurub, 6 qol ötürməsi edib.