"Beşiktaş" yayda heyətinə yeni qapıçı cəlb etməyi planlaşdırır.

Matc.az türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu "Mançester Yunayted"də çıxış edən Altay Bayındırı transfer etmək istəyir.

"Beşiktaş" türk qolkiper üçün İngiltərə klubuna 3 milyon avro təklif edib. Premyer Liqa təmsilçisi futbolçusu üçün 6 milyon avro tələb edir.

Qeyd edək ki, "Mançester Yunayted" Altay Bayındırı 2023-cü ldə "Fənərbaxça"dan transfer edib. 27 yaşlı qapıçı bu mövsüm "qırmızı şeytanlar"ın heyətində 9 oyunda meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest