20 May 2025, 10:32
FUTBOL
"Mançester Siti" "Bayer"in yarımmüdafiəçisi Floria Virtsi transfer etmək fikrindən daşınıb.
Matc.az xəbər verir ki, bu barədə ESPN televiziyası məlumat yayıb.
İngiltərə klubu alman futbolçunun transferində maliyyə şərtləri yüksək olduğu üçün geri addım atıb. 21 yaşlı hücumameyilli yarımmüdafiəçinin "Bavariya"ya keçəcəyi gözlənilir.
Qeyd edək ki, Florian Virts bu mövsüm "Bayer"in heyətində keçirdiyi 45 oyunda 16 qol vurub, 15 qol ötürməsi edib.