"Atletiko" "İnter"in yarımmüdafiəçisi Davide Frattezini transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Relevo" nəşri məlumat yayıb.

Madrid klubu yayda italyan futbolçu üçün onun klubu ilə danışıqlara başlayacaq. 25 yaşlı oyunçu ilə "Mançester Yunayted" də yaxından maraqlanır.

Qeyd edək ki, İtaliya millisinin üzvü olan Davide Frattezi bu mövsüm "İnter"in heyətində keçirdiyi 47 oyunda 7 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest