"Mançester Yunayted" heyətini yeni hücumçu ilə gücləndirəcək.

Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

"Qırmız şeytanlar" "Vulverhempton"da çıxış edən mateus Kunyanın keçidini həll etmək üzrədir. "Mançester Yunayted" 25 yaşlı braziliyalı forvard üçün onun klubuna 75 milyon avroluq sərbəstqalma məbləğini ödəyəcək.

Qeyd edək ki, Mateus Kunya bu mövsüm "Vulverhempton"un heyətində keçirdiyi 34 oyunda 17 qol vurub, 6 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest