Son turlarda qeydə alınan uğursuz nəticələrlə çempionluğu əldən verən "Ayaks" baş məşqçi Françesko Farioli ilə bağlı qərar verib.

Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, italyan mütəxəssislə yollar ayrılıb.

36 yaşlı məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Françesko Farioli mövsümün əvvəlində "Ayaks"ın baş məşqçisi təyn olunmuşdu. Amsterdam təmsilçisi lider PSV-dən 1 xa geri qalmaqla Niderland çempionatını 2-ci pillədə tamamlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest