Mahir Emreli Almaniya 2-ci Bundesliqasında 34-cü turun rəmzi heyətinə seçilib.

Matc.az xəbər verir ki, bu barədə azərbaycanlı hücumçunun formasını geyindiyi "Nürnberq"in mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu 3-4-3 taktiki sxemində hücumun mərkəzində yer alıb.

Qeyd edək ki, Mahir Emreli "Nürnberq"in "Ayntraxt"ı 4:1 hesabı ilə məğlub etdiyi matçda 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest