"Liverpul"un yarımmüdafiəçisi Aleksis Mak Allister İspaniyada oynaya bilər.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuat məlumat yayıb.

"Real" argentinalı futbolçunu heyətinə qatmaq istəyir. "Kral klubu"nun baş məşqçisi təyin olunacağı gözlənilən Xabi Alonso 26 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, Aleksis Mak Allister bu mövsüm "Liverpul"un heyətində keçirdiyi 49 oyunda 7 qol vurub, 6 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest