"Flamenqo"nun müdafiəçisi Uesli İngiltərə Premyer Liqasında çıxış edə biər.

Matc.az "Coluna do Fla"ya istinadən xəbər verir ki. "Mançester Siti" braziliyalı futbolçunu transfer edib.

İngiltərə klubu Ueslinin özü ilə razılıq əldə edib. Klublar anlaşsa, 21 yaşlı sağ cinah müdafiəçisi "Mançester Siti"yə keçəcək.

Qeyd edək ki, Uesli "Flamenqo"nun yetirməsidir. Braziliya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində keçirdiyi 21 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest