19 May 2025, 10:57
FUTBOL
"Atletiko" yayda hücum xəttini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.
Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubu "Vilyarreal"da çıxış edən Aleks Baenanı transfer etmək istəyir.
Transferin mövsüm başa çatdıqdan sonra yekunlaşacağı gözlənilir. "Atletiko" İspaniya millisinin üzvü üçün onun klubuna 55 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki. Aleks Baena "Vilyarreal"ın yetirməsidir. 23 yaşlı vinger bu mövsüm La Liqa təmsilçisinin heyətində keçirdiyi 32 oyunda 6 qol vurub, 10 qol ötürməsi edib.