Mahir Emreli "Nürünberq"in heyətində keçirdiyi son oyunda het-trik edib.
Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu 2-ci Bndesliqanın 34-cü turunun Braunşveyq "Ayntraxt"ı ilə oyununda (4:0) 3 qol vurmağı bacarıb. Mahir matçdan sonra "Bild" nəşrinə açıqlama verib. 28 yaşlı forvard "Nürnberq"ə belə vida etdiyi üçün şad olduğunu bildirib:
"Nürnberq" karyeram qısa, lakin çox gözəl idi. İndi başa çatması üzücüdür. Amma bu şəkildə vidalaşa bildiyim üçün şadam".
Almanya klubu ilə müqaviləsi başa çatan Emreli gələcəy haqda da danışıb. Təcrübəli futbolçu hələ qərarını vermədiyini bildirib:
"Agentimə dedim ki, məni mövsümün sonunadək tək buraxsın. Hələ heç nə qərarlaşdırılmayıb. Son günədək bütün diqqətimi "Nürnberq"ə yönəltmək mənim üçün vacib idi".
Qeyd edək ki, Mahir Emreli mövsümün əvvəlindən "Nürnberq"də çıxış edirdi. Millimizin üzvü komandanın heyətində keçirdiyi 25oyunda 11 qol vurub, 1 qol ötürməsi edib.