"Sarı-qırmızılılar" mövsümün bitməsinə 2 tur qalmış əzəli rəqibi "Fənərbaxça" ilə xal fərqini 8-ə çatdıra bilib.

"Qalatasaray" futbol komandası tarixində 25-ci dəfə Türkiyə çempionu olub.

Matc.az xəbər verir ki, İstanbul klubu Türkiyə Superliqasının 36-cı turunda doğma meydanda "Kayserispor"u 3 cavabsız qolla məğlub edərək çempionluğunu rəsmiləşdirib.

"Sarı-qırmızılılar" mövsümün bitməsinə 2 tur qalmış əzəli rəqibi "Fənərbaxça" ilə xal fərqini 8-ə çatdıra bilib.

Qeyd edək ki, bu mövsüm "Qalatasaray" ölkə kubokuna da sahib olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest