Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən futbol tarixinin ən yaxşı oyunçusu seçilib.

Matc.az xəbər verir ki, Messi karyerası ərzində səkkiz dəfə "Qızıl top"u və dörd dəfə Çempionlar Liqasını qazanıb. 2022-ci ildə hücumçu Argentina millisinin tərkibində dünya çempionu olub.

IFFHS-ə görə tarixin ən yaxşı 10 futbolçusu:

1. Lionel Messi (Argentina).
2. Pele (Braziliya).
3. Maradona (Argentina).
4. Kristiano Ronaldo (Portuqaliya).
5. Yohan Kroyf (Hollandiya).
6. Ronaldo (Braziliya).
7. Zinəddin Zidan (Fransa).
8. Frans Bekkenbauer (Almaniya).
9. Alfredo Di Stefano (Argentina/İspaniya).
10. Ronaldinyo (Braziliya).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest