Yeni mövsümə daha iddialı başlamaq istəyən "Turan Tovuz" heyətində önəmli dəyişikliklər etməyə hazırlaşır.

Matc.az xəbər verir ki, yeni transferlər reallaşdırmağa hazırlaşan Tovuz klubu, eyni zamanda, mövsümün sonunda bəzi futbolçularla da yolları ayıracaq.

Komandandan ayrılacaq əsas namizədlər sırasında Sadiq Quliyev (müdafiəçi), Eltun Turabov (müdafiəçi), Araş Qaderi (müdafiəçi), Anton Kraçkovski (yarımmüdafiəçi), Kristian da Silva (yarımmüdafiəçi), İsmayıl Zülfüqarlı (yarımmüdafiəçi) və Orxan Əliyev (hücumçu) yer alıb.

Misli Premyer Liqasında "Sumqayıt" üzərində minimal hesablı qələbədən sonra açıqlama verən Kurban Berdiyev, mövsümün ikinci yarısında itkilərə görə heyət baxımından ciddi problemlərlə üzləşdiyini bildirmişdi. Bu baxımdan, həm heyəti gücləndirmək, həm də genişləndirməyi nəzərdə tutan "Turan Tovuz" ilkin olaraq yuxarıda adları qeyd edilən futbolçularla yolları ayıracağı gözlənilir.

Qeyd edək ki, 35 turdan sonra 52 xal toplayan "Turan Tovuz" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest