Madrid klubunun texniki ekspertləri ingilis futbolçunun geriləməsinin səbəblərini anlamaq üçün təhlil aparıblar.

"Real" rəhbərliyi bu mövsüm yarımmüdafiəçi Cud Bellinqemin nümayiş etdirdiyi oyun səviyyəsindən narazıdır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.

Madrid klubunun texniki ekspertləri ingilis futbolçunun geriləməsinin səbəblərini anlamaq üçün təhlil aparıblar və hesab edirlər ki, o, əvvəlki səviyyəsinə qayıtmalıdır.

Hazırkı vəziyyətlə əlaqədar komandanın baş məşqçisi Karlo Ançelotti bir neçə həftə əvvəl Bellinqemlə söhbət edib, futbolçunun futbolla əlaqəsi olmayan çətinliklərlə üzləşib-düşmədiyini öyrənib.

İspaniya nəhəngi 21 yaşlı yarımmüdafiəçinin cari mövsümdə soyunub-geyinmə otağında və meydanda liderlik mövqeyini gücləndirəcəyini gözləyirdi, lakin bu baş vermədi.

Qeyd edək ki, Bellinqem bu mövsüm bütün turnirlərdə 50 oyuna çıxıb, 13 qol vurub və 14 məhsuldar ötürmə edib. 21 yaşlı yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 180 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest