18 May 2025, 14:10
FUTBOL
"Barselona"nın prezidenti Joan Laporta vinger Lamin Yamal ilə müqavilənin uzadılması üçün aparılan danışıqlardan danışıb.
Matc.az xəbər verir ki, Laporta müqavilənin uzadılmasında problem olmadığını deyib.
"Yamal xüsusi fərdi istedada malik futbolçudur, lakin o, həm də komanda oyunçusudur, özünü burada yaxşı hiss edir. Onun agenti var, Xorxe Mendeş, onunla asanlıqla əlaqə saxlayırıq. Müqavilənin uzadılması praktiki olaraq artıq razılaşdırılıb, yalnız onu ratifikasiya etmək qalır. Biz oyunçulara qabiliyyətlərinə uyğun maaş veririk. Biz yaxşı maaş verən klubuq".
Qeyd edək ki, 17 yaşlı futbolçu bu mövsüm Kataloniya klubunun heyətində bütün turnirlərdə 53 oyun keçirib, 17 qol vurub və 25 məhsuldar ötürmə edib.