"Real"ın müdafiəçisi Daniel Karvahal karyerası ilə bağlı açıqlama verib.

Matc.az xəbər verir ki, təcrübəli ispan futbolçu karyerasının sona doğru yaxınlaşdığını deyib.

"Mənim karyeram? Bu, uzun bir səyahət idi. İdman karyeram artıq sona yaxınlaşır. Ümid edirəm ki, yox, amma realist olmalıyam. Bu barədə danışmaq çətindir".

Qeyd edək ki, 33 yaşlı müdafiəçi hazırda çarpaz bağın yırtılmasından zədəsini sağaldır. Futbolçu 2024-cü ilin oktyabrında zədə alıb.

Ümumilikdə, klub səviyyəsində Karvahal bütün yarışlarda 531 matçda iştirak edib, 18 qol vurub və 82 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 10 milyon avrodur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest