Emil Səfərov, Rafael Quzzo, Höccət Haqverdi və Yuri Matias zədə səbəbindən, Elvin Camalov isə cəzalı olduğu üçün bu görüşü buraxacaqlar.

"Neftçi" Misli Premyer Liqasının 35-ci turunda "Səbail"lə oyunun hazırlığını başa çatdırıb. 

Matc.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb. 

Bakı klubu "Neftçi" Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. "Neftçi"nin futbolçuları Emil Səfərov, Rafael Quzzo, Höccət Haqverdi və Yuri Matias zədə səbəbindən, Elvin Camalov isə cəzalı olduğu üçün bu görüşü buraxacaqlar.

Qeyd edək ki, bu gün "Neftçi Arena"da keçiriləcək "Neftçi" – "Səbail" oyunu saat 17:00-da start götürəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest