"Sportinq" Portuqaliya çempionluğunu qazanıb.

Matc.az xəbər verir ki, son turda Lissabon klubu evdə "Vitoriya Gimaraes"i 2:0 hesabı ilə məğlub edib.

Bununla da komanda çempionluq titulunu qoruya bilib.

Qeyd edək ki, bu, "Sportinq"in tarixində 21-ci çempionluğudur. Yalnız "Porto" (30) və "Benfika" (38) bu titula daha çox sahibidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest