İspaniya nəhəngləri "Real" və "Barselona" İngiltərənin "Kristal Pelas" klubunun müdafiəçisi Mark Qehi ilə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Sun" paylaşıb.

Bildirilir ki, 24 yaşlı mərkəz müdafiəçisi nəhəng komandalarda çıxış etmək üçün müqaviləsinin vaxtından əvvəl ləğv olunmasına hazırdır.

İngiltərəli oyunçu "Real"a keçməyi üstün tutur. Onu heyətə cəlb etmək istəyən klub isə sözləşmənin ləğvi üçün 50 milyon funt-sterlinq ödəməlidir.

Qeyd edək ki, Mark Qehi cari mövsüm bütün turnirlərdə 43 matçda meydanda olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest