17 May 2025, 17:22
FUTBOL
"Real"ın baş məşqçisi Karlo Ançelotti klubun "Bornmut"dan mərkəz müdafiəçisi Din Hoyseni transfer etməsində danışıb.
Matc.az xəbər verir ki, Ançelotti yeni transfer barədə mübət fikirlər bildirib.
"Dean Hoysen böyük potensiala və böyük perspektivlərə malik fantastik oyunçudur. Bu, çox yaxşı transferdir. Mən "Real"ın imzaladığı bütün oyunçular üçün son dərəcə şadam, çünki bu klub həmişə özünün ən yaxşı tərəfini göstərmək istəyir".
Qeyd edək ki, 20 yaşlı futbolçunun Madrid klubu ilə müqaviləsi 2030-cu il iyunun 30-a kimi nəzərdə tutulub. Hoysenin "Real" ilə müqaviləsi 2025-ci il iyunun 1-də rəsmən başlayacaq.