17 May 2025, 11:44
FUTBOL
Təbriz komandasının azarkeşləri bayram şənliyində 15 dəqiqə dayanmadan alqış sədaları səsləndirərək dünya rekordu qırıblar.
İran çempionu "Traktor"un fanatları dünya rekorduna imza atıblar.
Matc.az xəbər verir ki, tarixində ilk dəfə İran çempion olan Təbriz komandasının azarkeşləri bayram şənliyində 15 dəqiqə dayanmadan alqış sədaları səsləndirərək dünya rekordu qırıblar.
Bayram mərasimlərində Ginnesin Rekordlar Kitabının İran nümayəndəsi də iştirak edib.
Qeyd edək ki, "Traktor" klubu türk dünyasında ən çox azarkeşə malik komanda kimi tanınır.